
ABŞ prezidenti Barak Obama və Nyu-York Bələdiyyə başqanı Mişel Bloomberqə içində zəhərli öldürücü maddə olan məktub göndərən şəxs həbs edilib. Modern.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, Obamaya qəsd etmək istəyənAmerikanın məşhur teleserial aktrisası Şannon Riçardson imiş. Aparılan araşdırmalar zamanı məlum olub ki, prezident və bələdiyyə sədrinə zəhərli məktubu aktrisa göndərib.
Həyat yoldaşı ilə aralarında ciddi problemlərin olduğunu deyən aktrisa günahı onun boynuna atıb. Aktrisa ifadəsində məktubları ərinin təkidi ilə göndərdiyini bildirib.Haqqında cinayət işi açılan aktrisanı 10 ilə qədər həbs gözləyir.
Modern.az