Modern.az

“Bizim xalq Avropanın cinsi azlıqlara verdiyi hüquqları istəmir”- POLİTOLOQ

“Bizim xalq Avropanın cinsi azlıqlara verdiyi hüquqları istəmir”- POLİTOLOQ

Aktual

11 İyun 2013, 09:56

“Avroatlantik məkandan söz açmaq boş söhbətdi”


Milli Şuranın bəyannaməsində qeyd olunan “Avroatlantik məkana inteqrasiya” məsələsi heç də birmənalı qarşılanmır. Təsadüfi deyil ki, Milli Şuranın ilk iclasında keçmiş daxili işlər naziri İsgəndər Həmidov bəyannamənin bu hissəsinə öz etirazını bildirməklə yeni yaranan qurumu ciddi şəkildə ittiham edib. Bundan başqa Milli Şuranın ideya müəllifi Rüstəm İbrahimbəyov özü də inteqrasiya məsələsinin ziddiyyətli olduğunu bəyan edib. Onun sözlərinə görə inteqrasiya istiqamətində bəyannamədə göstərilən məqamlar artıqdır və buna ehtiyac yoxdur. İdeya müəllifi olduğu Milli Şura haqda bu cür fikir səsləndirmək hər halda ciddi suallar ətrafında düşünməyə əsas verir.

Bu barədə Modern.az-a danışan politoloq Zərdüşt Əlizadə bu istiqamətdə gedən müzakirələri boş və mənasız söhbət etdiyini bildirib. “Çünki Avroatlantika məkanının müxtəlif dəyərləri var. Onların içərisində elələri var ki, heç bizə əl vermir”-deyən siyasi ekspert hesab edir ki, bəzilərini də riayət etmək və qiymətləndirmək lazımdır. “Avroatlantika məkanında cinsi azlıqların hüquqları yüksək tutulur. Bizim xalq isə bunu istəmir. Biz məncə Avroatlantika məkanının bu dəyərini özümüz üçün heç əsas da götürməli deyilik”.

Politoloq qeyd edib ki, şəffaf və ədalətli seçkilər, korrupsiyasız iqtisadiyyat, söz və fikir azadlığı kimi kriteriyaları isə əxz etməliyik. “Bizim xalq da həmişə bu meyarları yüksək qiymətləndirib. Əslində Avroatlantikanın bu ölçüləri Azərbaycan xalqının da dəyəridir. Rusiyada da elə dəyərlər var ki, müsbət mənada onlardan istifadə edə bilərik”. Təhlilçi inteqrasiya ilə bağlı mübahisələrə aydınlıq gətirərək sözünə davam edib: “Əsas məsələ ondan ibarətdir ki, hakimiyyət bütün resursları özəlləşdirib. İqtidar sərbəst və şəffaf seçki keçirmək niyyətində deyil. Konstitusiyada yazılmış Azərbaycan hakimiyyətinin mənbəyi xalq olması haqqındakı maddəsi üzərində düşünmək lazımdır. Ona görə də uzağa getməklə Avroatlantik məkandan söz açmaq boş söhbətlərdir”-deyə vurğulayıb.

Aqşin Kərimov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı