Martın 13-ü Milli Məclisdə ali təhsillə bağlı gərgin müzakirələr, Prezident İlham Əliyevin Almaniyaya səfəri, Prezident Administrasiyasının Qarabağdakı ermənilərə çağırışı gündəmdə olub.
Modern.az dünənin icmalını təqdim edir:
Milli Məclisdə "Ali təhsil haqqında" qanun layihəsi ilə bağlı ictimai dinləmə keçirilib. İclasda elm və təhsil naziri Emin Əmrullayev, deputatlar və universitet rektorları iştirak edib. Nazir kolleclərin ali təhsilin bir hissəsi kimi tanınmalı olduğunu deyib. Həmçinin, doktorantura təhsilində birpilləli sistemə keçidlə bağlı məlumat verilib. İclasda Ali Attestasiya Komissiyasının ləğv olunması təklif edilib. Emin Əmrullayev bildirib ki, ali təhsil müəssisələrinə qəbul sistemində problem var və bunun üzərində işlənilməlidir. İclasda, həmçinin ali təhsil müəssisələrinin muxtariyyəti məsələsi gündəmə gətirilib.
Bundan başqa, nazir Emin Əmrullayev tarixçilərlə bağlı problemlərə də toxunub. O bildirib ki, tarixçilərin çoxu son illərdə hüquqşünas ixtisasına qəbul ola bilməyənlərdir: “Bu gün abituriyentlər ixtisas seçimini bazara görə yox, özündən əvvəlki abituriyentin seçiminə görə edir. Mənim bununla bağlı fikirlərimi tələbələr haqqında məlumatlar da təsdiqləyər”. Nazir onu da qeyd edib ki, birdən-birə distant təhsilə keçmək narazılığa səbəb ola bilər. Onun sözlərinə görə, keyfiyyət cəhətdən distant təhsilə keçmək ciddi problemlər yarada bilər.
Nazir, habelə saytımıza açıqlamasında deyib ki, ali təhsil müəssisələrində dövlət imtahanının ləğvi yeni məsələ deyil. Nazir xatırladıb ki, dövlət imtahanının ləğvi ilə bağlı qanun 2020-ci ildə təsdiq olunub. Daha sonra nazirlik bildirib ki, 2020-ci ildə ali təhsil müəssisələrinə qəbul olunanların 50%-dən çoxunda (humanitar ixtisas qrupu -15 ixtisas, iqtisadiyyat və idarəetmə-10 ixtisas, təhsil ixtisasları qrupu-21 ixtisas, IT ixtisasları üzrə-3 ixtisas , təbiət ixtisasları qrupu-11 ixtisas üzrə ) dövlət attestasiyası nəzərdə tutulmayıb.
Onu da bildirək ki, Prezident Administrasiyası dünən Qarabağ ermənilərini Bakıya çağırıb. Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, habelə Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün ikinci görüşə dəvət edib. Ardınca Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Qarabağda yaşayan ermənilərə müraciət edib: "Azərbaycan Prezident Administrasiyası Qarabağ erməniləri ilə parlamentimizin xüsusi nümayəndəsi arasında Xocalıda baş tutan görüşdən sonra Qarabağdakı erməniləri Bakıya dəvət edib. Gəlin, daha parlaq, daha ahəngdar gələcək üçün dialoqu davam etdirək".
Martın 13-də Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gedib. Prezidentin Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü olub.
Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri xüsusi əməliyyat tədbirləri nəticəsində Azərbaycanda "din pərdəsi" altında təxribat və pozuculuq əməllərini həyata keçirən 32 nəfər müəyyən edilərək saxlanılıb. Dünən, həmçinin Saatlıda bir qrup sakin içməli su probleminə öz narazılıqlarını bildirmək məqsədilə magistral yolunu bağlamağa cəhd ediblər.
Axşam saatlarında Azərbaycan Ordusunun mövqelərini atəşə tutan Ermənistan silahlı qüvvələrinin bölmələrinə qarşı cavab atəşi açılıb. Müdafiə Nazirliyi bildirib ki, bundan sonra da bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görüləcək.
Martın 13-ü, həmçinin müğənni Manaf Ağayevin oğlu həbs edilib. Müşviq Ağayev idarəetməsində olan retro avtomobillə Bayraq Meydanının yaxınlığında yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Onun polisləri təhqir etdiyi bildirilib.
Rusiya Prezidenti Vladimir Putin Ermənistan Baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb. Putin bütün məsələlərin konstruktiv şəkildə və Rusiya sülhməramlıları ilə əməkdaşlıq şəraitində həllinin vacibliyini vurğulayıb.
Dünən Türkiyədə seçki prosesinin başlanacağı tarix məlum olub. Prosesə 18 martdan start veriləcək. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Monqolustan Türk Dövlətləri Təşkilatında (TDT) müşahidəçi statusu almaq istəyir.
İranda səfərdə olan Belarus prezidenti Aleksandr Lukaşenko isə Tehranda bu ölkədən olan həmkarı İbrahim Rəisi və İranın Ali Rəhbəri Xamenei ilə görüşüb, müzakirələr aparıb.
Çin lideri Si Cinpin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş keçirməyi planlaşdırır. Görüşün onlayn formatda keçirilməsi təklif olunub. Çin liderinin gələn həftə Rusiyaya səfər edəcəyi və Prezident Vladimir Putinlə görüşəcəyi barədə məlumatlar yayılıb.
Ötən günün mənzərəsi ilə tanış olmaq üçün aşağıdakı xəbərləri də oxuya bilərsiniz:
İmtahan şikayətləri: Gələn dəfə Hindu dilindən...
İranın sərhəd təxtibatı - Eks-nazir ŞOK SƏBƏB açıqladı
“Təhsillə bağlı problemlər çoxdur, azı 20 il gecikmişik” - Deputat
Suyun qiyməti artırılacaq? - Rəsmi açıqlama
Azərbaycan-Türkiyə Universitetinin yaradılması niyə ləngiyir? - SƏBƏB
Bizi daha pis Böyük Depressiya gözləyir - Trampdan bədbin PROQNOZ
Ali məktəblərə sənəd verənlərin sayı açıqlandı
Vətəndaşlar iqtisadi vəziyyəti necə qiymətləndirir... - SORĞU
30 il kafedra müdiri işləmək keçmişdə qalıb - Gəray Gəraybəyli
Ermənilər Bakıya gələcəklərmi?
Vətəndaş dövlətdən narazıdırsa, mən nə etməliyəm? - Nazir
Suyun qrafiklə verilməsi müvəqqətidir - "Azərsu"
“İnvestAz”ın lisenziyasının müddəti başa çatdı
Bakıda qəribə elan: Bu məkana ancaq oliqarxlar buraxılır
Bakıda kriminal avtoritetə qarşı sui-qəsdin DETALLARI
30 manata bayram bazarlığı? - “Vasmoy”dan maraqlı VİDEOREPORTAJ
Siqaret kötüyünü yerə atanlar CƏRİMƏLƏNİR
Ölümü ilə məşhurlaşan hərbçi ukraynalı deyilmiş
“100 faiz əminəm ki, təşəbbüs Moskvadan gəlib” - Saakaşvili
Builki "Avroviziya" mahnımız - VİDEO
Ordu ilə bağlı zarafat etdi - Onu 5 il həbs gözləyir