Modern.az

İranın sərhəd təxtibatı - Eks-nazir ŞOK SƏBƏB açıqladı

İranın sərhəd təxtibatı - Eks-nazir ŞOK SƏBƏB açıqladı

13 Mart 2023, 11:50

Ötən həftə İran Azərbaycana qarşı növbəti dəfə təxribat törədib. XİN və Müdafiə Nazirliyinin yaydığı birgə məlumata görə, 11 mart 2023-cü il tarixində İrana məxsus hərbi təyyarə saat 09:44-dən 10:26-dək fasiləsiz olaraq Azərbaycan-İran dövlət sərhədi boyunca, Zəngilan rayonu istiqamətindən Biləsuvar rayonu istiqamətinə və geriyə doğru uçuş həyata keçirib. Təyyarə iki ölkə arasında dövlət sərhədindən 3-5 km məsafədə, bəzi hallarda isə dövlət sərhədinin tam üstü ilə uçub. Azərbaycan təxribatla əlaqədar İran tərəfinə nota təqdim edib.

 

Tehrandakı səfirliyimizə silahlı hücumdan qısa müddət keçməsindən sonra İranın Azərbaycana qarşı belə təxribata yol verməsinin səbəbi nədir?


Mövzu ilə bağlı Modern.az-a danışan keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov bildirib ki, hər bir dövlət ona qonşu olan ölkənin sərhədlərində uçuşlar həyata keçirməmişdən əvvəl xəbərdarlıq etməlidir.


"İrana məxsus hərbi təyyarə sərhəddə uçuş həyata keçirib, ancaq bizim ərazilərimizə keçid etməyib. Ümumiyyətlə, bu cür uçuşlar həyata keçirilməmişdən əvvəl bununla bağlı qonşu dövlətə xəbərdarlıq verilməlidir. İranın Azərbaycan sərhədinə yaxın olan ərazilərdə etdiyi uçuşlar isə qonşuluq münasibətlərinə uyğun deyil. Ölkəmizin verdiyi etiraz notasında da bu cür hadisələrin əvvəlcədən bizə söylənməsi ilə bağlı fikirlər yer alıb"- deyə o bildirib.

 


T.Zülfüqarov vurğulayıb ki, bu cür uçuşların məqsədi Azərbaycanın hava hücumundan müdafiə sistemlərinin yerinin aşkarlanmasıdır:

 

"İran qırıcı təyyarə vasitəsilə Azərbaycan ərazilərini nəzərdən keçirib. Onlar bu yolla hava hücumundan müdafiə sistemlərimizi aşkar etmək istəyiblər. Belə hərəkətlər beynəlxalq prinsiplərə və qonşuluq münasibətlərinə uyğun deyil. İranın gələcəkdə bu cür addımlarının artması istisna olunmur. İranda bəzi siyasətçilərin atdığı addımların əsasında qeyri-dost münasibət dayanır. Eyni zamanda sözügedən ölkədə hazırkı aparılan siyasətə qarşı olan şəxslərdə var. Azərbaycan bütün bu prosesləri izləməli və uyğun olan addımları atmalıdır.

 

Məsələn, İranın etdiyi kimi ölkəmiz də sərhəddə qırıcı təyyarələr ilə uçuş həyata keçirə bilər. Əgər gələcəkdə İranın uçuşları genişlənərsə, yəni sərhədi keçərsə, onlara xəbərdarlıq olunmalı, qırıcılar qaldırılmalıdır. Həmin təyyarəni vurmaq isə ən sonuncu yoldur".

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir