122 saylı Xankəndi seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Flora Qasımova Pirşağı qəsəbəsində yerləşən Elektrikquraşdırma idarəsinin pansionatında məskunlaşan xankəndililərlə görüş keçirib.
Görüşdə deputat Flora Qasımova xankəndililəri narahat edən problemlərlə maraqlanmış, onların təkliflərini dinləyib. Seçicilər məcburi köçkünlərin sosial rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərlə bağlı dövlət başçısına minnətdarlıqlarını bildirmiş, məcburi köçkünlərin yeni mənzillərə köçürülmə prosesində xankəndlilərin kompakt olaraq bir yerdə məskunlaşdırılmasının nəzərə alınmasını xahiş ediblər. Sonda xankəndililərlə öz fikirlərini bölüşən deputat F.Qasımova onların təklif və istəklərini aidiyyatı orqanlara çatdıracağını bildirib.

Modern.az