Modern.az

Yap-çılar 11 rayonda 1000-dən çox ağac əkdilər - FOTOLAR

Yap-çılar 11 rayonda 1000-dən çox ağac əkdilər - FOTOLAR

Aktual

11 İyun 2013, 16:50

İyunun 11-də Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon təşkilatı və YAP Gənclər Birliyi tərəfindən 15 İyun “Milli Qurtuluş Günü”nün 20 illiyinə həsr edilmiş “Qurtuluşdan İpək Yoluna“ adlı ağacəkmə kampaniyasına start verilib.

Modern.az saytı xəbər verir ki, “Qurtuluşdan İpək yoluna” şüarı altında keçirilən ağacəkmə kampaniyası İpək Yolu üzərində yerləşən 11 rayon və şəhəri əhatə edir.
Aksiyada Bakıdan Qazağa qədər İpək Yolu üzərində yerləşən rayonlarda ağaclar əkilir.
Bu layihənin əsas məqsədi 1993-2013-cü illər ərzində həm Ümummilli lider Heydər Əliyev siyasətinin, həm də bu siyasi kursu uğurla davam etdirən prezident İlham Əliyevin uğurlarının, İpək Yolu boyunca gözəlləşən və inkişaf edən Azərbaycan rayonlarının simasında bütövlükdə cəmiyyətə çatdırmaqdır.

Aksiya Hacıqabul rayonundan başlayıb. Burada YAP Hacıqabul rayon təşkilatı Gənclər Birliyi üzvlərinin iştirakı ilə 200-ə yaxın ağac əkilib.

YAP Siyasi Şurasının üzvü, partiyanın Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı bir gün sonra Azərbaycan xalqının 15 İyun “Milli Qurtuluş Günü”nün 20 illiyini qeyd edəcəyini bildirib: “Həmin gün bizim ən dəyərli bayramlarımızdan biridir. Çünki 20 il öncə, yəni 1993-cü ilin iyun ayında Azərbaycan parçalanmaq təhlükəsi ilə üz-üzə idi. Ölkəmiz bütün sahələr üzrə elə bir vəziyyətdə idi ki, sanki xalqımız və dövlətimiz uçurum qarşısında dayanmışdı. Bir sözlə, ölkəmizi dünya xəritəsindən silinmək təhlükəsi gözləyirdi. Məhz 15 İyun 1993-cü il tarixində Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdaraq xilaskarlıq missiyasını həyata keçirdi. Ümummilli liderin səyi sayəsində bütün çətinliklər dəf edildi və ölkəmiz öz inkişaf yoluna qədəm qoydu. Bugünkü inkişafın da əsasını məhz qurtuluş məfkurəsi təşkil edir. Çağdaş Azərbaycan Heydər Əliyevin zəhmətinin bəhrəsidir. Ulu öndər Heydər Əliyev o zaman Azərbaycanın inkişaf strategiyasının əsasını qoydu və bu gün həmin siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan xalqı dahi şəxsiyyətin müəyyənləşdirdiyi siyasəti dəstəkləyir və daim bu siyasətə sadiqliyini nümayiş etdirir”.

Ümumilikdə, aksiya çərçivəsində hər dayanacaq üzrə 100-dən artıq ağacın əkilməsi nəzərdə tutulur
Məlahət İbrahimqızı Modern.az saytına bildirib ki, hazırda aksiya iştirakçıları Şəmkirdən Tovuz istiqamətində hərəkər edirlər: “Şəmkirə qədər 1000 ağac əkmişik. Aksiya Qazaxda yekunlaşacaq”.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı