
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov 15 iyun 2013-cü il tarixində, saat 14:00-da Zaqatala şəhərində, Rayon Mədəniyyət Evində vətəndaşlar üçün açıq qəbul keçirəcək. Komitədən
Modern.az-a verilən məlumata görə, qəbulda Zaqatala ilə yanaşı, Balakən, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı rayonlarının sakinləri iştirak edə bilərlər. Qəbula yazılmaq istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şimal-Qərb bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur. Əlaqə üçün: DQİDK-nın bölgə şöbə müdiri: Mehman İsmayılov Tel: (024) 225-32-23