Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Türkiyə prezidenti Abdulla Güllə görüşüb. Modern.az-ın Türkiyə Prezidentinin rəsmi saytına istinadən verdiyi məlumata görə, görüş Ankarada keçirilən Türkdilli Ölkələrin Parlament Assambleyası (TürkPA) Şurasının IV iclası çərçivəsində baş tutub.
Görüşdə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçək və eləcə də Assambleya Şurasına üzv an Qazaxıstan və Qırğızıstan parlament sədrləri iştirak ediblər.
Qeyd edək ki, Oqtay Əsədovun baş nazir Rəcəb Tayyib Ərdoğanla da görüş keçirəcəyi planlaşdırılır.

