Modern.az

Milli Şura Vaşinqtona vahid namizədlə getməlidir - ABŞ bunu gözləyir - AÇIQLAMA

Milli Şura Vaşinqtona vahid namizədlə getməlidir - ABŞ bunu gözləyir - AÇIQLAMA

Aktual

27 İyun 2013, 15:20


“ABŞ Milli Şuranın vahid namizədi ilə bağlı müzakirələrdə maraqlıdır və səfər təşəbbüsü də məhz Vaşinqtondan  gəlib. Səfərin vaxtı və formatı hazırda dəqiqləşdirilir. İndi vahid namizəd məsələsinin həlli gözlənilir”.
Bu sözləri Modern.az saytına açıqlamasında Milli Şuranın üzvü Zəfər Quliyev iyulun 10-a təyin olunan Amerika səfəri ilə bağlı danışarkən bildirib.

Zəfər Quliyev hazırda bu istiqamətdə danışıqların getdiyini bildirib. Onun sözlərinə görə,  ABŞ-da Milli Şuranın seçkilərdə vahid namizədlə təmsil olunması məsələsi müzakirə olunacaq.

“Hər halda onlar da Milli Şuranın fəaliyyətindən xəbərdardırlar. Bilirlər ki, Milli Şura nə üçün yaranıb. Onlar vahid namizəd məsələsinin həllində maraqlıdırlar. Hesab edirəm ki, vahid namizədin müəyyən edilməsi ABŞ-da görüşləri daha əhəmiyyətli və vacib edir. Danışıqlarda Milli Şuranın seçkilərlə bağlı planları müzakirə olunacaq”-deyə Z.Quliyev bildirib.

Z.Quliyev həmçinin qeyd edib ki, Milli Şura üzvlərinin ABŞ-a səfərində müxalifətin vahid namizəd məsələri və seçki planlarına baxılacaq. Z.Quliyev daha sonra Milli Şuranın 28 iyunda gözlənilən iclasının “Milyarderlər İttifaqı”nın sabahki toplantısı ilə bağlı təxirə salınması məsələsinə toxunub. O, qeyd edib ki, iclasın təxirə salınmasının “Milyarderlər İttifaqı” ilə heç bir əlaqəsi yoxdur:

“İclasın təxirə salınması Eldar Namazovun Moskvada Milli Şura sədri Rüstəm İbrahimbəyovla görüşü ilə bağlıdır. Başqa heç bir səbəb yoxdur”.
Milli Şuranın növbəti iclası iyulun 2-də baş titacaq.

Anar RÜSTƏMOV
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı