Modern.az

Nemət Pənahlı qaydalara əməl etmədiyindən həbsxanaya köçürülüb

Nemət Pənahlı qaydalara əməl etmədiyindən həbsxanaya köçürülüb

Aktual

27 İyun 2013, 16:48

Penitensiar Xidmət Nemət Pənahlının həyat yoldaşına ittihamlarına cavab verib. Xatırladaq ki, 7 saylı Cəzaçəkmə Müəssisəsindən Qobustan həbsxanasına köçürülən Nemət Pənahlı hazırda karantində saxlanır. Karantin müddəti iyulun 3-də bitəcək məhbusun Həcər Pənahlı bildirib ki, N. Pənahlıya qarşı qanunsuz əməllərə yol verilib. Həcər Pənahlı Nemət Pənahlıya yeni vəkil tutacaqlarını da söyləyib. Qeyd edək ki, bu vaxtadək Nemət Pənahlının hüquqlarını vəkil Elçin Əliyev müdafiə edib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mehman Sadıqov Modern.az-a bildirib ki, Nemət Pənahlı Qobustan həbsxanasına 17 saylı Cəzaçəkmə Müəssisəsi rəisinin təqdimatı əsasında köçürülüb. M. Sadıqov əlavə edib ki, Nemət Pənahlı daxili intizam qaydalarına riayət etmədiyindən ona qarşı bu tədbir seçilib.

“Məhkum olunmamışdan əvvəl hansı işlə məşğul olmağından, siyasi əqidəsindən, partiya mənsubluğundan asılı olmayaraq istənilən məhkum, təqsirləndirilən şəxs daxili intizam qaydalarına riayət etməlidirlər. Bu qanunun tələbidir. Burada heç kimə istisnalar olunmur. Daxili intizam qaydaları mövcuddur və hər bir məhkumun borcudur ki, daxili intizam qaydalarına əməl etsin. İntizam qaydalarına riayət edilmədiyi halda qanunvericilikdə müəyyən tədbirlərin görülməsi nəzərdə tutulub. Əvvəl onunla söhbət edilir. Məhkuma onun hərəkətlərinin qanuna zidd olduğu və bu əməllərin hansı fəsadlar verə biləcəyi izah olunur. Əgər məhkum bu cür əməllərinə davam edirsə tənbeh tədbirləri görülür. Bütün bu tədbirlər heç bir nəticə vermirsə o zaman məhkəməyə təqdimat yazılır və məhkəmə qərarı ilə həmin məhkum həbsxana rejiminə keçirilir. Orada yüzlərlə məhkum saxlanılır. Niyə ancaq Nemət Pənahlının adı çəkilir. Çünki o daxili intizam qaydalarına riayət etməyib və həbsxana rejiminə keçirilib”.

Nemət Pənahlının səhhətində yaranan problemə gəlində isə Penitensiar Xidmət rəsmisi bildirib ki, hazırda saxlanıldığı həbsxanada həkimə müraciət edə bilər.

“Tibb sanitariya işçiləri var və onlar da kifayət qədər ixtisaslı kadrlardır. Düzdür onlar Pentensiar Xidmətə tabe olmasalar da məhkumları mütəmadi olaraq müayinədən keçirirlər. Əgər hər hansı məhkumun səhhətində fəsad varsa mütləq həkim müdaxiləsi baş verir. Əgər müalicə cəza cəzaçəkmə müəssisəsi şəraitində mümkündürsə müayinə orada keçirilir. Məhkumun səhhətində yaranan problem daha ciddidirsə o zaman Pentensiar xidmətin Müalicə Müəssisəsinə müraciət olunur. Məhkumda vərəm aşkar olunubsa o İxtisaslaşmış müalicə müəssisəsinə köçürülür. Nemət Pənahlının səhhətində hər hansı problem varsa hazırda saxlanıldığı həbsxanada tibb sanitariya hissəsinə müraciət edə bilər”.

Qeyd edək ki, N. Pənahlı 2011-ci il yanvarın 8-də xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.

  Gültəkin ƏLƏSGƏR       
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı