Bu günlərdə Türkiyənin İstanbul şəhərində dünyanın 133 ölkəsindən olmaqla 600 gənc bir araya gəlib. “350.org” beynəlxalq ekoloji təşkilat tərəfindən təşkil edilən “Global Power Shift” tədbirində ölkəmizi Gənclər üçün Təhsil Mərkəzinin nümayəndəsi Günay Sadıxova təmsil edir. Avropa, Asiya, Afrika və Amerika dövlətlərini təmsil edən gənclərin bir araya gəlməsinin əsas məqsədi dünyada baş verən ekoloji problemləri, günəş enerjisindən istifadə imkanları və bunların mediada təbliğatı məsələlərini müzakirə etmək, konkret əməkdaşlıq strategiyası müəyyən etməkdir. Gənclər üçün Təhsil Mərkəzinin nümayəndəsi G.Sadıxovanın verdiyi məlumata görə, tədbirdə tanınmış ekspertlər, müxtəlif beynəlxalq ekoloji təşkilatların rəhbərləri və BMT nümayəndələri iştirak edirlər. İstanbul Texniki Universitetində təşkil edilən təbdir 30 iyunadək davam edəcək.

Modern.az