Azərbaycan Polisinin peşə bayramı ərəfəsində - iyunun 28-də Qazax Rayon Polis Şöbəsinin yeni inzibati binasının açılışına həsr olunmuş mərasim keçirilib.
Mərasimdə çıxış edənlər görülən işləri yüksək qiymətləndirib, Qazax RPŞ-nin şəxsi heyətinin normal fəaliyyət göstərməsi üçün lazımi şəraitin yaradılmasına görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev daxili işlər orqanlarının lazımi texniki vasitələr və avadanlıqlarla təchizatına, şəxsi heyətin iş şəraitinin daha da yaxşılaşmasına xüsusi diqqət yetirir. Polis şöbəsinin yeni binasının istifadəyə verilməsi də şəxsi heyətə dövlət qayğısının növbəti əyani təzahürüdür.
Tədbirdə respublika daxili işlər nazirinin müavini, polis general-leytenantı Vilayət Eyvazov və Qazax Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov iştirak ediblər.
Modern.az