
“Müsavat.com” saytında texniki problem yaranıb. Bu gün səhər saatlarında sayta daxil olmaq olmur. “Yeni Müsavat” qəzetindən
Modern.az-a verilən məlumata görə, yaranan problem dizayn dəyişikliyi ilə bağlıdır. “Ola bilsin ki, bu gün sayta daxil olmaqda problemlər olsun. Amma bu müvəqqətidir. Dizayn dəyişikliyi yekunlaşandan sonra problem də aradan qalxacaq”.
Aqşin Kərimov