Modern.az

Deputat Azərbaycandan Avropa İttifaqına müraciət təşkil edib: “Xahiş edirik, kömək edin!”

Deputat Azərbaycandan Avropa İttifaqına müraciət təşkil edib: “Xahiş edirik, kömək edin!”

Aktual

2 İyul 2013, 11:48


Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Sərsəng su anbarında mümkün humanitar faciənin qarşısının alınmasına yönələn irimiqyaslı layihə həyata keçirir. AVCİYA-nın prezidenti, Şamaxının millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun qərargahından verilən məlumata görə,  “Azərbaycan vətəndaşları Aİ-nın Sərsəng su anbarı ilə bağlı tədbir görməsi üçün şəxsi müraciətlər edirlər”  başlıqlı məqalə ingilis, alman və fransız dillərində 386 onlayn saytda yerləşdirilib. Modern.az məqaləni sizə təqdim edir.
 
Azərbaycan vətəndaşları Aİ-nın Sərsəng su anbarı ilə
bağlı tədbir görməsi üçün şəxsi müraciətlər edirlər

Azərbaycan Avropa Parlamentinə işğal edilmiş Dağlıq Qarabağ ərazisində yerləşən və dağılmaqda olan su bəndini əsaslı təmir etməyi Ermənistandan tələb etməsi üçün çağırış edib. Çağırış su anbarı ətrafında yaşayan sakinlər tərəfindən dəstəklənib. 
Onlar şəxsi hesablar açaraq, öz qorxularını ifadə edir və ümid edirlər ki, Avropanın müdaxiləsi Ermənistanı 125 metr hündürlüklü su bəndinin yaratdığı təhlükəni müəyyənləşdirmək məqsədilə bəndin ətraflı texniki yoxlanışını aparmağa sövq edə bilər. Mühəndislər bu il uzaqdan idarəetmə ilə əldə edilən məlumatlara əsaslanaraq, bəndin baxımsızlıqdan təhlükə yaratdığını təsdiqləyiblər. 
Bənd dağılacağı təqdirdə su altında qalmaq riski ilə üzləşən rayonların əhalisi tərəfindən məktublar yazılıb.
Goranboy rayonunun sakini Vidadi Yusifov yazıb: “Qorxuruq ki, onlar hamımızı sunami ilə məhv edəcəklər.” 
Aİ-na yazmaq məcburiyyəti qarşısında qalmış sakinlərin məyusluğunu artıran fakt odur ki, Ermənistan 20 ildən bəri onların irriqasiya məqsədilə tikilmiş su bəndindən istifadə etmələrinə imkan vermir. 
“Əvvəlcə, onlar su vermirlər, sonra isə hamısını birdən verirlər! Onların üzündən Sərsəng anbarının bəndini dağılacaq və biz ora gedib təmir edə bilməyəcəyik, çünki bizi güllələyəcəklər!!”, - bir məktubda deyilir. 
Digər bir şəxs Vaqif Rafiq Əliyev yazıb: “Xahiş edirəm, kömək edin! Biz bəndi təmir etmək istəyirik, hətta pul yığa bilərik və hökümət maliyyə ayıra biləcəyini də bildirib. Ermənilər, bizə imkan verin!”
Sakinlər mayın 25-i bəndlə bağlı məsələyə öz etirazlarını nümayiş etdirmək istəyərkən Ermənistan qoşunlarının göstərdiyi münasibətə qarşı etirazlarını bildiriblər. 
“Biz etiraz etmək istəyəndə bizi döydülər! Mən döyüş xəttindən uzaqda çayda idim. Onlar bizə hücum etdilər, tüfəngin qundağı ilə bizi döydülər və siqaretlə yandırdılar, qarnımıza və başımıza vurdular”, - deyə Vidadi Yusifov yazır. 
Bunları nəzərə alaraq, Azərbaycan eyni zamanda Avropa Parlamentini “Erməni işğalçılarının Azərbaycanın Tərtər ərazisindən olan azərbaycanlı kəndlilərdən ibarət nümayəndə heyətinə qarşı tətbiq etdiyi həbslər və işgəncələri pisləməyə” çağırır.
Sərsəng bəndi 12 kilometr uzunluğu olan gölün üzərində tikilib. Bədbəxt hadisə baş verərsə, hidroloqlar 30 kəndin su altında qalacağını müəyyən ediblər.

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı