Modern.az

Deputat məsləhəti: “Sınmasanız uğura da nail olacaqsınız”

Deputat məsləhəti: “Sınmasanız uğura da nail olacaqsınız”

Aktual

2 İyul 2013, 11:49

Millət vəkili Qənirə Paşayeva “Qadın Liderliyi Uğrunda” İctimai Birliyinin (QLUB)  “Qadınlar karyeraya doğru: özünü ifadə etmək mədəniyyətinin formalaşdırılması” layihəsı çərçivəsində gənc xanımlarla görüşüb. 

Modern.az-ın məlumatına görə, görüşdə öz həyat yolundan, təcrübələrindən, karyeraya doğru atdığı addımlardan ətraflı bəhs edən millət vəkili gənclərə öz tövsiyələrini verib. “Özünüzə inamdan başlayın. Bir yola çıxdığınızda necə böyük çətinliklərlə qarşılaşa biləcəyinizi göz altına alın. Çətin olacaq, yıxılacaqsız, duracaqsız, uğursuzluqlarla rastlaşacaqsız, amma sınmasaz, yolunuzdan dönməsəz, inamla məqsədə doğru getsəz, uğura nail olacaqsız” – deyə Q.Paşayeva qeyd edib. Azərbaycanda qadınlar üçün karyera qurmağın kişilərə nisbətən ikiqat çətin olduğunu vurğulayan deputat, buna rəğmən qadınların inkişafının, ictimai-siyasi həyatda fəal rola sahib olmasının vacibliyini diqqətə çatdırıb. Karyera qurmaq istəyən qadınların şəbəkələşməsini, bir-birinə dəstək verməsini önəmli sayan Q.Paşayeva, bu yolda layihə iştirakçılarına dəstək verməyə hazır olduğunu bildirib. 

Millət vəkili layihə iştirakçılarını maraqlandıran sualları cavablandırıb. Sonda layihə iştiraklçılarına sertifikatlar təqdim olunub. Q.Paşayeva onlara öz imzası ilə “Məndən sonra” kitabını hədiyyə edib.

Qeyd edək ki, QLUB sözügedən layihə çərçivəsində ölkənin gənc xanımlarını karyera qurmağa yönəldən «Karyera quruculuğu: liderlik, natiqlik, nüfuzetmə, kollektivlərin idarə olunması və PR-ın təşkili» mövzularında interaktiv təlimləri başa çatdırıb. Bu təlimlərə Bakı şəhərindən onlarla gənc xanım qatılıb. İyul-avqust aylarında isə sözügedən təlimlərin Qax və Zaqatala rayonlarında yaşayan gənc xanımlar üçün keçirilməsi nəzərdə tutulub.  

AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən bu layihənin məqsədi gənc xanımlara karyera qurmağın sirrlərini öyrətmək, onların inkişafına nail olmaq, onları ölkənin ictimai-siyasi həyatında peşəkar səviyyədə iştiraka istiqamətləndirməkdir.  


Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı