Modern.az

“Görüşdüyümüz qızların taleyi ilə maraqlanmaq istəyirik” - MÜSAHİBƏ

“Görüşdüyümüz qızların taleyi ilə maraqlanmaq istəyirik” - MÜSAHİBƏ

Aktual

3 İyul 2013, 10:20

Modern.az “Mənim təhsilim, mənim gələcəyim!” kampaniyasının rəhbəri Rövşən Nəcəfovun müsahibəsini təqdim edir.:


- Rövşən müəllim, mümkünsə kampaniya ilə bağlı ətraflı məlumat verin və bunun həyata keçirilməsində əsas məqsəd nədir?

- Bu ideyanın təməli Zeynalabdin Tağıyevın yaratdığı Qızlar Məktəbi, həmçinin Azərbaycanın ilk maarifçi qadınlarından biri olan Məryəm xanım Bayraməlibəyovadır. Məryəm xanım Lənkəranda ilk dəfə olaraq Xeyriyyə Cəmiyyətinin əsasını qoymuş və burada Qızlar Məktəbini yaratmışdır. Bu cür tarixi hadisələr bizim olduğu üçün, gələcək nəsil üçün nümunələr yaratmaq gərəklidir. Necəki, onlar yaradıb.

Mənim Təhsilim, Mənim Gələcəyim! kampaniyası Azərbaycan Republikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən dəstəklənir. Azərbaycanın, xüsusən cənub regionunda yaşayan qızların təhsil almamaq və erkən yaşda nigaha təhrik edilmə faktları var. Bizdə bu faktları nəzərə alaraq, həmin ərazilərdə yaşayan əhali ilə görüşlər keçirmək və evlərində qonaq olmağa niyyətləndik. Biz istəyirik ki, həmin ailələri dinləyək. Buna görədə “İdeya blankı” tərtib etdik ki, həmin ailələrdə yaşayan qızların arzuların yazılı şəkildə əldə edək. Layihənin əsas məqsədi regionda yaşayan xanımlara stimul vermək, xanımların təhsilə marağını gücləndirmək, regionlarda formalaşan stereotiplərin qırılmasına birbaşa təsir etmək və xanımların Azərbaycanımızın inkişafında rolunun vacibliyinin mesajlarını verməkdir.

Layihə çərçivəsində “Mənim Təhsilim, Mənim Gələcəyim!” adlı kitab və üzərində kampaniyanın adı qeyd olunmuş köynəklər çap olunub.

-Layihəni həyata keçirəndən sonra hansı dəyişiklərin olmasını necə müəyyən edəcəksiniz?

- Hazırda, Lənkəran, Masallı və Astara zonalarında səfərdə olmuşuq. Görüşdüyümüz xanımların data bazalarını formalaşdırırq. Qeyd etdiyim “İdeya Blankı” vasitəsilə qızlarımızın arzularına çatmasına maneə olacaq amilləri müəyyənləşdirib, ümumi şəkildə ictimaiyyətə açıqlama verəcəyik. Mütəmadi olaraq görüşdüyümüz qızların taleyi ilə maraqlanmaq istəyirik. Həmçini onların arzularını biz reallaşdırsaq, böyük dəyişikliklər olacaq.
Əksəriyyəti ali məktəbdə oxumaq istəyirlər. Çox təəssüf ki, ailələrin maddi durumları buna imkan vermir. Həmçinin cəmiyyətdə formalaşan yazılmamış qanunlar. Bizdə istəyirik müxtəlif vasitələrlə həmin amilləri aradan qaldırmaq istəyirik. Səfərlər zamanı regionda yaşayan qızların müxtəlif hekayələri ilə tanış olduq.

-Layihənin davamlılığını necə təmin etmək istəyirsiniz?

-Bütün səfərlər başa çatdıqdan sonra və layihənin hesabatını Azərbaycan Gənclər Fonduna və ictimaiyyətə təqdim etdikdən sonra yeni donorlarla müqavilələr imzalanacaq. Artıq bir-neçə şirkət və təşkilatlar bu istiqamətdə bizə müraciətlər edib. Bizim üçün önəmli olan kampaniaynın davamlılığıdır.
Həmçinin, kampaniaynın növbəti mərhələsəində digər regionlarda yaşayan ailələrlədə görüşmək istəyirik. Kampaniya genişləndirməyi planlaşdırırıq. Təkcə erkən nigahlar deyil, həmçinin digər sosial mövzulara toxunmaq istəyirik. Həmçinin Azərbaycanda fəaliyyət göstərən digər təşkilatlarında bizimlə əməkdaşlıq etməsindən məmnun olarıq.

Kampaniya çərçivəsində hazırlanan video-çarx: //www.youtube.com/watch?v=0IQxadxEw1M

 

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı