“Tolerantlıq” İctimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşdırdığı “Regionlarda insan hüquqlarının müdafiəsi üçün ictimai vəkillik bacarıqlarının inkişafı” layihəsinin yekunlarını açıqlayıb.
Modern.az bildirir ki, layihənin yekunları ilə bağlı keçirilən tədbirdə təşkilat sədrinin müavini Xəqani Ibadov görülən işlər barədə danışıb. O qeyd edib ki, layihənin məqsədi qərarların qəbul edilməsinə vətəndaşların təsir etmə qabiliyyətinin artırılması məqsədi ilə ictimai vəkillik kampaniyalarının təşkili bacarıqlarının aşılanması olub.
Layihə çərçivəsində “Ictimai vəkillik (Advocacy) anlayışı və mərhələləri” mövzusunda 3 günlük seminar keçirilib. Seminarda iştriak edən QHT nümayəndələri, sıravi vətəndaşlar, tələbələr və KİV nümayəndələri nəzəri, praktiki və texniki olaraq təlimlər vasitəsi ilə vəkillik vərdişlərinə yiyələnməsi qaydaları ilə tanış olublar.
Eyni zamanda, “ictimai vəkillik və onun vətəndaşların həyatında rolu” mövzusunda 300 nəfər arasında sorğu keçirilib. Sorğunun nəticələrinə toxunan X. İbadov bildirb ki, cəmiyyətdə ictimai vəkillik anlayışı çox kövrəkdir. Bunun üçün vətəndaşlarıda hüquqi bilik və təcrübənin zəif olduğunu deyən təşkilat təmsilçisi vurğulayıb ki, qərar qəbuluna təsir etmək imkanı olan vətəndaşlar bunun üçün müvafiq mexanizmləri bimirlər. Sorğuda eyni zamanda QHT rəhbərlərini icmalarla əlaqələrində də bir sıra problemlərin olduğu aydın olub.
Layihənin icrası zamanı vətəndaş cəmiyyəti təşkilatlarının və icma nümayəndələrinin nəzəri, praktiki və texniki olaraq təlimlər vasitəsi ilə vəkillik vərdişlərinə yiyələnməsi baxımından zəruri məlumatlar əldə ediblər. Bu təlimlər zamanı vətəndaşların mövcud ictimai problemlərin həllində bir təsir edici qüvvə ola biləcəyi əsas təbliğ istiqaməti olaraq vətəndaşlarda siyasət sənədlərinin hazırlanması, qərar qəbul etmə prosesində aktiv iştirakçılığa səslənib.
Modern.az