Modern.az

Azərbaycanlı futbolçu türk klubuna keçməsi xəbərini təkzib etdi

Azərbaycanlı futbolçu türk klubuna keçməsi xəbərini təkzib etdi

Aktual

9 İyul 2013, 16:08


Futbol üzrə milli komandamızın və “Bakı” klubunun sabiq futbolçusu Cəmşid Məhərrəmov Türkiyənin “Qaziantep BB” komandasına transfer olunması ilə bağlı xəbəri təkzib edib. Hazırda Türkiyədə olan futbolçu Modern.az açıqlamasında bildirib ki, bu klubla danışıqlar getsə də,  transfer məsələsi gündəmdə deyil. Məhərrəmovun sözlərinə görə, hələlik heç bir yerdən dəvət almayıb:
“Bu klubla məşq etmişəm, amma hazırda azad futbolçuyam. Danışıqlardan sonra harada oynayacağım bəlli olacaq”.
Millinin sabiq futbolçusu Türkiyənin birinci dəstəsində oynayan futbolçuların nə qədər əmək haqqı aldığına da toxunub: “Burda birinci dəstədə futbolçular bizim güclülər dəstəsində aldığımız qədər maaş alırlar. Təxminən aya 8-10 min manat”.
Qeyd edək ki, idman saytları Məhərrəmovun “Türkiyənin “Qaziantep BB” klubuna keçməsi haqda xəbər yayıblar.

Abbas Qəmli

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı