Modern.az

“Onlar Söyün Sadıqovun adından sui-istifadə edirlər”

“Onlar Söyün Sadıqovun adından sui-istifadə edirlər”

Aktual

9 İyul 2013, 18:57


“Son günlər Gürcüstandakı soydaşlarımızın çətinliklərindən sui-istifadə edərək, onlara əlavə problemlər yaratmaq istəyən qüvvələr hərəkətə keçiblər. Özlərini Rusiyada fəaliyyət göstərən iş adamı Söyün Sadıqovun xeyir-duası ilə yaradılan təşkilatın adamı kimi təqdim edərək Azərbaycan Respublikasında seçki öncəsi soydaslarımızın adından müəyyən bəyanatlar və fikirlər səsləndirməkdə davam edirlər”.
Bu fikirləri Modern.az saytına açıqlamasında Gürcüstan əsilli ziyalı, Qafqaz Araşdırmaları Mərkəzinin icraçı direktoru Kamran Ramazanlı deyib.

”Mən Borçalı əsilli QHT nümayəndəsi olaraq bu addımları pisləyirəm. Çünki nə Söyün Sadıqovun, nə də bu fikirləri səsləndirən şəxslərin soydaşlarımızın adından danısmağa hüquqları var. Nə də onlar Azərbaycan Respublikasının vətəndaşlarıdır. Azərbaycanda prezidentini Azərbaycan vətəndaşları seçirlər.
Mən fəal ictimaiyyət nümayəndəsi olaraq soydaşlarımızı təxribatlara uymamağa çağırıram”.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı