Modern.az

ATV-dən çıxan tanınmış jurnalist Space TV-yə keçdi

ATV-dən çıxan tanınmış jurnalist Space TV-yə keçdi

Aktual

12 İyul 2013, 17:51

ATV telekanalının “Son xəbər” proqramının əməkdaşı, jurnalist Elvin Basqallı iş yerini dəyişib. Modern.az-ın məlumatına görə, jurnalist ATV-ni tərk edərək son günlər mətbuatda qalmaqallı xəbərlə gündəmdə olan "Space" telekanalına keçib. Jurnalist "Space" TV-də “Hər Gün” informasiya proqramını aparacaq:  

“8 illik jurnalistika fəaliyyətimdə ilk dəfə qarşınıza xəbər aparıcısı kimi çıxacam. Sizə canlı efirdə, Space-də, "Hər gün" informasiya proqramının əsas buraxılışını təqdim edəcəm. İzləməyi unutmayın. Şərhlərinizi efirdən sonra oxuyacam”-deyə jurnalist bildirib.

Qeyd edək ki, Elvin Basqallı bundan öncə ANS TV-nin “İç xəbər” proqramında çalışıb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı