Modern.az

Türkiyədə yeni qarşıdurma - FOTOLAR

Türkiyədə yeni qarşıdurma - FOTOLAR

Aktual

14 İyul 2013, 09:23

Türkiyədə yenidən etiraz aksiyası keçirilib. Modern.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, ötən gecə Taksin meydanında növbəti  dəfə qarşıdurma yaranıb. “Gəzi” olaylarında həbs olunan aksiyaçıların azad olunmasını tələb edən bir qrup etirazçı kütlə Taksim meydanında toplaşıb. Əraziyə xeyli sayda polis qüvvələri cəlb olunub. Etirazçılar yürüş keçirməyə cəhd ediblər. Narazı kütlə hökumət əleyhinə şüarlar səsləndiriblər. Polisin tələbinə tabe olmayan aksiyaçılara qarşı su şırnağından və gözyaşardıcı qazdan istifadə edilib. Analoji aksiyalar paytaxt Ankarada da yaşanıb. Paytaxtda yolu kəsən sakinlərə qarşı polis güc tətbiq edib.

 


 

Modern.az

     
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı