Modern.az

Ramazan və belində mauzer olan yeni “maarifçi” komissarlar...

Ramazan və belində mauzer olan yeni “maarifçi” komissarlar...

Aktual

15 İyul 2013, 17:21

Hər il müqəddəs Ramazan ayının girməsi ilə nədənsə bəzi yazarların  ruhi hallarında  sanki ciddi narahatlıq, təlaş yaranır.  Çox uzun yazmayacağam. Heç bir həftə yoxdur ki, 11 ayın sultanı varid olub. Amma artıq sosial şəbəkələrdə, internet portallarda yeni  “sovet maarifçiləri”nin guya möhvumata qarşı maarifçi yazıları peyda olmağa başlayıb. Şair Aqşin Yeniseyin sonuncu yazısı isə sosial şəbəkədə mübahisələrə yol açdı, hətta təhqirlər də əskik olmadı. Nə baş verir cənablar?

Azərbaycanda imanlı insanların dini hisslərinin linç edilməsi sovetsayağı atesit tərbiyəsizlyindən başqa bir şey deyil. Aqşin Yenisey və ona zuy tutanlar  Azərbaycanın islam dininə inancı olan vətəndaşlarını ələ salmaq və bu mövqeyini  guya “möhvumata qarşı maarifləndirmə” adı ilə pərdələməyin heç bir adı yoxdur. İndi SSRİ deyil ki, bir ovuc ideoloji ateist min illərin inanc yerlərini ekskavator ağzına verib qəzetlərində insan inancını lağ-lağıya çevrimək imkanı qazansınlar. Allahı inkar edən sovetlərin qapalı rejimində belə insanlar öz imanlarını qoryua biliblər. Azərbaycan isə SSRİ-nin bir hissəsi deyil artıq.

Müstəqil Azərbaycanın Konstitutsiyasında aydın yazılıb ki, hər bir insan öz inancında sərbəstdir və təqib oluna bilməz.Ölkəmizin dünyadakı universal  insan haqları dəyərlərinə inteqrasiya etdiyini rəsmən bəyan etdiyi bir zamanda bir dəstdə adını atesit qoymuş şəxslərin sosial şəbəklərdə və internet portallarda  vətəndaşların dini inancına belə kobud müdaxiləsi ən azından rəsmi dövlət siyasətini şantaj cəhdindən başqa bir şey deyil. Aqşin Yeniseyin və digərlərinin  dəri gödəkçəli və belində mauzer olan bolşevik komissarı simasında meydan sulaması sadəcə gülüş doğurur. 

Dünyanın heç bir yerində-Nə Avropada, nə ABŞ-da, nə də qonşu Rusiyada müqəddəs bayramların KİV-də  ələ salınmasını müşahidə etmək mümkün deyil. Çünki o ölkələrdə bilirlər ki, insan haqları təkcə seks və eynicinsli şəxslərin nigahını deyil, insanların dini hisslərinə hörməti də tələb edir. Azərbaycanda isə ateist yaşam tərzini seçmiş şəxslər vaxtaşırı “islam gəlir, hamımızı yeyəcək!” isterikası ilə yazdıqları yazılarında tez-tez dünyəvi dövlətdə yaşadıqlarını, sekulyar cəmiyyətdə dindarlara yer olmadığını həvəslə bağırırlar.

Amma bu başabəla “ateistlər” heç istinad etdikləri sekulyar sistemin özünün nə demək olduğunu bilmirlər. Cənablar, sekulyar cəmiyyətdə din dövlətdən ayrıdır, amma həmçinin vətəndaşın dini inancının müzakirəsinin də əleyhinədir. Sekulyar cəmiyyət vətəndaşın dini inancını müzakirəyə çıxarmır, ona yön verməklə məşğul olmur..

Bu mənada ateistlərin “sekulyarizm”i inanclı kəsmiə qarşı silah kimi işlətmək cəhdi alınmır. Digər tərəfdən, bilərəkdən, yada bilməyərkədən insanların dini hisslərinin ələ salınması, təhqiri ölkədə vətəndaş sülhünün pozulmasına yönəlmiş xüsusi misisyanın bir təzahürü də saymaq mümkündür.

 ...Orucluq  artıq 20 ildən artıqdır ki, komsomolçu nəvələrinin  şərab badələrinin cingiltisi altında qoca nənə -babaların  gizli tutduğu, perspektlivli sovet kommunistlərinin  ironiyalı atmacaları ilə müşayət olunan  dövrünü  geridə qoyub.  Bu “nyu-ateistlərin” yazılarını oxuduqda  isə onların peyinlikdə eşələnən toyuqlara baxaraq, cavanlığında taksi şoferi işləmiş kənd mollasına qulaq asan “sovet uşağından” bir addım irəli getmədiklərinin şahidi olursan..    

Bilmirsən, ağlayacan ya güləsən..

 


Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı