
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi olan Bakcell şirkəti müasir mobil rabitə xidmətləri istifadəçilərinə geniş çeşidli məhsullar təklif edir. Abunəçiləri daima sərfəli təkliflərlə sevindirən və gənc Bakcell istifadəçilərinin ən sevimli tarifi olan CİNeration, yeni bir gözəl fürsət - limitsiz gecə zənglərini təklif edir. Ayda sadəcə 0.99 AZN ödəməklə, CİNeration abunəçiləri gecə saat 00:00 –dan səhər saat 08:00-dək şəbəkə daxilində pulsuz danışa bilərlər. Hal-hazırda CİNeration istifadəçiləri aşağıdakılar daxil olmaqla, bir çox sərfəli təklifdən yararlanırlar: Həftədə balansa 5 AZN yükləmək şərtilə həftəsonu pulsuz şəbəkədaxili zənglər; Gündə sadəcə 5 qəpiyə gündəlik limitsiz internet paketi; CİNeration tarifinin bütün abunəçilərinə çox sərfəli zəng və SMS – dəqiqəsi sadəcə 2 qəpik; Və artıq 16 İyul 2013-cü il tarixindən etibarən, ayda sadəcə 0.99 manata pulsuz şəbəkədaxili gecə zəngləri. Bu unikal təklif yalnız CİNeration istifadəçiləri üçün nəzərdə tutulub.
CİNeration abunəçiləri *512#1#YES kodunu (USSD) yığmaqla bu təklifdən yararlana bilərlər. Bu kampaniya 3 ay davam ecədəkdir, və həmin müddətin sonunda uzadıla bilər. Kampaniya barədə daha ətraflı məlumat əldə etmək üçün 5512 nömrəsinə zəng edin və ya SMS göndərin, və yaxud CİNeration
www.cineration.az və Bakcell şirkətinin
www.bakcell.com rəsmi internet səhifələrinə daxil olun.