Modern.az

Bakıda MÜDHİŞ OLAY: 28 yaşlı qız Diaspor Komitəsində işləyən oğlanı qaçırdı

Bakıda MÜDHİŞ OLAY: 28 yaşlı qız Diaspor Komitəsində işləyən oğlanı qaçırdı

Aktual

16 İyul 2013, 22:11

"31 yaşlı oğlumu qız qaçırıb..."

Evlənmək, ailə qurmaq elimizin ən gözəl  adətlərindəndir. Bir-birini sevən iki insanın qovuşaraq səadətinə yetməsi hər bir valideynin arzusudur. Övladlarının toy günündə ən çox sevinən də məhz onlardır - valideynlər. Amma təəssüf ki, bəzən sevgisi aşıb-daşan gənclərimiz valideynlərinin rızası olmadan da ailə qururmağa cəhd edirlər. Yəni böyüklərin xeyir-duasını almadan sevdiyi insana qoşulub qaçırlar.

Qız qaçırmaq indi cinayət sayılsa da, vaxtilə dədə-babalarımız da bu üsuldan az istifadə etməyiblər. Amma təəssüflər olsun ki, dövr keçdikcə, bu adətlərimiz də dəyişilib, avropalaşmağa başlayıb. Əvvəllər oğlan qızı qaçırardı, indi əksinə...

Bu gün “filankəsin qızı filankəsin oğlunu qaçırıb” deyə eşitsək, bəlkə də təəccüblənmərik.

Oğlu Diaspor Komitəsinə çalışan Arif Məmmədov da oğlunun sevdiyi qız tərəfindən qaçırıldığını iddia edir. Modern.az saytına müraciət edən A.Məmmədov Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsində məsləhətçi vəzifəsində işləyən oğlu Kənan Məmmədovun yoxa çıxdığını, iki gün öncə münasibətdə olduğu xanım tərəfindən qaçırıldığını  deyib. Oğlunun sevdiyi qız tərəfindən qaçırıldığını iddia edən valideynləri hüquq-mühafizə orqanlarına müraciət ediblər.

A.Məmmədov oğlunun ailə qurmasına nəinki sevinib, bütün Bakını alt-üst edərək onun tapılmasına çalışır.

Uzun illərdir Diaspor Komitəsində çalışan 31 yaşlı Kənan Məmmədov srağa gün sevdiyi xanıma qoşularaq qaçıb.

Atasının sözlərinə görə, onlar Kənanın iki gün öncə bir qızı qaçırdığı xəbərini eşidiblər. Bir neçə saat axtarışdan sonra qızın ailəsinin kimliyi müəyyən edilib.

“Mənim oğlum ağıllı-başlı oğlan idi. Srağa gün xəbər tutduq ki, qız qaçırıb. Maraqlandıq, qızın ailəsini tapdıq. Bu qızla oğlum çoxdan idi münasibətdəydi. Dəfələrlə Kənana xəbərdarlıq eləmişdik ki, bu qızın ailəsi bizə münasib deyil. Sizin evlənməyiniz həyatda mümkün deyil. Hətta qızın valideynlərinə də məlumat göndərmişdik ki, qızınızı Kənandan uzaq tutun. Onlar isə əksinə,  oğluma tələ qururdular. Mənim oğlum qız qaçırmayıb, oğlumu qızın ailəsi qaçırıb”-deyə A.Məmmədov şikayətlənib.

A.Məmmədovun sözlərinə görə, qızın ailəsi narahat olmaq əvəzinə toy-bayram edir.

“Təsəvvür edin, qızı qaçırılan onlardır, amma nə axtarırlar, nə maraqlanırlar. Qızlarını oğluma sırıyıblar. Ata-anası da bu işdən əvvəlcədən xəbərdar olublar. Onlar o]lumu tora saldılar”-deyə ata od püşkürüb.

A.Məmmədov Kənanı oğlulluqdan sildiyini, onu heç vaxt bağışlamayacağını deyib:

“Hansı valideyn istəməz ki, oğlu xoşbəxt olsun? Biz də illərdir oğlumuzun toy həvəsi ilə yaşayırdıq. Ona layiqli toy eləməyi planlaşdırırdıq. Dəfələrlə də Kənana demişdik ki, bu qız sənlik deyil, onu sənə ala bilmərik. Amma o bizim sözümüzü eşitmədi”.

Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı