AFFA Azərbaycan milli komandasının baş məşqçisi postuna namizədləri nəzərdən keçirəcək. Bu haqda baş katib Elxan Məmmədov jurnalistlərlə görüşündə bildirib.
Onun sözlərinə görə, 2008-ci ilin aprelindən millimizi çalışdıran Berti Foksla müqavilə cari seçmə mərhələnin sonunda bitdiyindən yeni namizədlərin siyahısı hazırlanacaq. Siyahı AFFA İcraiyyə Komitəsinə təqdim olunacaq.