Modern.az

Azay Quliyev mətbuat nümayəndələrini təbrik etdi

Azay Quliyev mətbuat nümayəndələrini təbrik etdi

Aktual

19 İyul 2013, 15:54

Azərbaycanda Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının  sədri, millət vəkili Azay Quliyev Mətbuat günü ilə bağlı media nümayəndələrini təbrik edib.

Hörmətli media nümayəndələri!

Əziz mətbuat işçiləri!

Azərbaycan milli mətbuatının yaranmasından artıq 138 il ötür. Ötən müddət ərzində Azərbaycan mətbuatı uzun, keşməkeşli, şərəfli bir tarix yaşayıb, ağır sınaqlardan üzüağ çıxıb. İstər çar Rusiyası, istər SSRİ, istərsə də hazırkı müstəqillik dönəmində mətbuatımız daima xalqımızın mədəniyyətinin, tarixinin keşiyində duraraq çoxəsrlik milli ənənələrin qorunub saxlanılmasına böyük töhfələr vermişdir. 1991-ci ildə müstəqilliyimizi bərpa etdikdən sonra isə Azərbaycan mətbuatı üçün yeni dövr başlamışdır. Belə ki, plüralistik cəmiyyətin qurulması jurnalistlərimizə fikrini azad şəkildə ifadə etmək, üstün dünya təcrübəsindən bəhrələnmək və milli maraqlarımızı qətiyyətlə müdafiə etmək imkanı yaratmışdır. Azərbaycan dövlətinin ifadə azadlığının təminatı, mətbuat işçilərinin sosial durumunun yaxşılaşdırılması istiqamətində qəbul etdiyi ardıcıl qərarlar bu gün dünyada böyük maraqla qarşılanır və alqışlanır.

Milli mətbuatımız eyni zamanda Qarabağ münaqişəsi başlanan dövrdən Azərbaycan həqiqətlərinin obyektiv şəkildə dünyaya çatdırılmasında da böyük rol oynayıb və hazırda da bu işi uğurla davam etdirir. Vətəndaş cəmiyyətinin ayrılmaz tərkib hissələrindən olan qeyri-hökumət təşkilatlarının da ölkəmizdə bərqərar olmasında, bu günki inkişaf səviyyəsinə çatmasında mətbuatımızın rolu danılmazdır.

Dəyərli media nümayəndələri!

Sizləri 22 iyul Milli Mətbuat günü münasibəti ilə təbrik edir, hər birinizə şəxsi və peşəkar həyatınızda uğurlar diləyirəm!".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı