Modern.az

Azərbaycana gələn əcnəbilərin yeni STATİSTİKASI

Azərbaycana gələn əcnəbilərin yeni STATİSTİKASI

Aktual

22 İyul 2013, 11:19

2013-cü ilin 6 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 13,1  faiz artıb. Fondun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, iyulun 1-i tarixinə olan statistikaya əsasən, bu artımdan sonra fərdi uçot sistemindəki əcnəbilərin sayı 15 824  nəfərə yüksəlib.

Ümumilikdə 97 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Тürkiyə, Gürcüstan və Rusiya vətəndaşlarına məxsusdur. Belə ki, hazırda sistemdə qeydiyyatda olan əcnəbilərin 9621 nəfərini Türkiyə vətəndaşları,  1723 nəfərini Gürcüstan vətəndaşları, 799 nəfərini Rusiya Federasiyasının vətəndaşları təşkil edir. 

Sonrakı yerlərdə İran İslam Respublikası (514), Çin Xalq Respublikası (390), Hindistan (381), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (234), Özbəkistan (178), Pakistan İslam Respublikası (146), Almaniya (137), Ukrayna (132), Bosniya və Hersoqovina (128), Filippin (119), İtaliya (106), Türkmənistan (104), Qazaxıstan (101),  ABŞ (96), Malayziya (91) və s. ölkələr gəlir.

2006-cı ilin yanvarın 1-dən Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesinə başlanılıb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı