Modern.az

Bakıda hüquq müdafiəçisinin ofisi dağıdıldı - FOTO

Bakıda hüquq müdafiəçisinin ofisi dağıdıldı - FOTO

Aktual

22 İyul 2013, 12:18

Azərbaycanda daha bir hüquq müdafiəçisinin ofisi bərbad hala salınıb. Qadınlar üçün nəzərdə tutulan sığınacaq uçub, zorakılıqla üzləşən qadınlar küçədə qalıb. “Təmiz Dünya” Qadınlara Yardın İçtimai Birliyinin İçərişəhər, İlyas Əfəndiyev 18 ünvanında yerləşən ofisi dağılır.

Məlumat üçün deyək ki, bu ofisdə təşkilatın zorakılığa məruz qalan qadınlar üçün sığınacağı yerləşir. Sözügedən sığınacaqda gün ərzində onlarla köməksiz qadın qalır. Bundan başqa, təşkilatın əməkdaşları da , məhz bu ofisdə işləyir və gün ərzində vətəndaşlara pulsuz hüquqi yardım göstərir.

Təşkilatın ofisində problem ötən həftənin cümə günü səhər saatlarında yaranıb. Belə ki, ofisin arxa hissəsində yerləşən mənzilləri adı məxfi saxlanılan şirkət alaraq burada tikinti işlərinə başlayıb. Bəzi xəbərlərə görə, adə bəli olmayan şirkət ərazidə yeni otel inşa edir. Otelin özəyi qazılan zaman isə “Tənmiz Dünya”Təşkilatının ofisinə əvvəlcədən hər hansı bir xəbərdarlıq edilməyib. Nəticədə özül qazılan zaman divarlarında böyük çatlar əmələ gəlib və mənzil qəzalı vəziyyətə düşüb. Ofisin otaqlarından biri artıq uçaraq yararsız hala salınıb. Məlumata görə, İlyas Əfəndiyev küçəsində yerləşən daha 4 mənzil də anoloji vəziyyətlə üzləşib. Bu zaman qeyri qanuni və sistemsiz olaraq evakuasiya prosesi həyata keçirilib və bu məsələnin ictimailəşməməsi üçün “tədbirlər” görülüb.

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı