Modern.az

I ixtisas qrupunda 367 nəfər 600-dən yuxarı bal toplayıb

I ixtisas qrupunda 367 nəfər 600-dən yuxarı bal toplayıb

Aktual

24 İyul 2013, 11:09


Ali məktəblərə qəbul imtahanlarında I ixtisas qrupu üzrə 367 nəfər 600-dən yuxarı bal toplayıb. Bu sözləri Modern.az-a açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib. O qeyd edib ki, 1179  nəfər 500-dən yuxarı, 2542 nəfər 400-dən yuxarı, 4900 nəfər 300-dən yuxarı nəticə göstərib.

  Qeyd edək ki, I ixtisas qrupu üzrə 700 bal toplayan olmayıb. Ən yüksək nəticə göstərən abituriyent 695 bal toplayıb.  

Aytən ƏLİYEVA
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı