Modern.az

Sizə təşəkkür edirəm, hörmətli Mehriban xanım!

Sizə təşəkkür edirəm, hörmətli Mehriban xanım!

Aktual

25 İyul 2013, 13:53

Aydın Mirzəzadə
Milli Məclisin deputatı


Təşəkkür edirəm, hörmətli cənab Prezident !
Təşəkkür edirəm, hörmətli Mehriban xanım !

Bir neçə gün əvvəl Nabrandakı istirahət mərkəzlərinin birində azyaşlı İmran Cəfərzadənin valideynlərinin gözü qarşısında faciə ilə üzləşməsi, səhlənkarlıq nəticəsində hər iki ayağının qopması bütün Azərbaycanı şoka saldı.

Hər bir kəs bu ailənin ağrısını öz şəxsi ağrısı kimi qarşıladı, ona kömək üçün böyük kampaniya  başlandı.

İlk gündən məsləyə ciddi reaksiya verməniz, Azərbaycanın kiçik vətəndaşı İmranın müalicəsini tamamilə öz üzərinizə götürməniz hamı tərəfindən böyük razılıqla qarşılandı. Burada söhbət tək maddi köməkdən getmir, əsas məsələ mənəvi cəhətcə hər an valideynlərin, bütün İmransevərlərin yanında olmağınızdır.

İnsanlığınıza, dövlət başçısı səlahiyyətlərinizə yüksək məsuliyyətlə yanaşmanıza görə Sizə təşəkkür edirəm, hörmətli cənab Prezident. Sizinlə qürur duyuruq, Sizə inanırıq, Sizə dəstək oluruq.

Sizə təşəkkür edirəm, hörmətli Mehriban xanım. Daima insanlıq nümayiş etdirdiyinizə, xalqın etimadını doğrultduğunuza görə, Azərbaycan xanımının ən nəcib xüsusiyyətlərini yüksək səviyyədə nümayiş etdirdiyinizə görə. Rəhbərlik etdiyiniz Heydər Əliyev Fondunun səyi ilə İmranının müalicəsi Almaniyanın ən yaxşı klinikasında təşkil edilməsi hər bir kəsin ürəyindən oldu.

Sizə təşəkkür edirik, inanırıq, dəstək oluruq. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı