Modern.az

Obama Ağ Evdə iftar süfrəsi açıb

Obama Ağ Evdə iftar süfrəsi açıb

Aktual

26 İyul 2013, 16:34



Modern.az
xəbər verir ki, Barak Obama müsəlmanlar üçün müqəddəs Ramazan ayında Amerikanın müsəlman icması üçün iftar məclisi təşkil edib. Mərasimə konqresmenlər, müsəlman ölkələrinin səfirləri və Amerikadakı müsəlman icmasının nüfuzlu nümayəndələri dəvət olunublar.

B.Obama çıxışı zamanı müsəlman vətəndaşların Amerikanın qüdrətli dövlətə çevrilməsində önəmli rol oynadıqlarını bildirib. “Əsrlərlə müsəlman mühacirləri, fermerləri, fabrik işçiləri dəmiryollarının və yeni şəhərlərin salınmasında önəmli rol oynayıblar. Müsəlman ixtiraçıları bir neçə göydələnin tikintisində önəmli rol oynayıblar”, – ABŞ prezidenti öz çıxışında vurğulayıb. İftar süfrəsinə çağırılan ayrı-ayrı müsəlman icmasının nümayəndələri haqqında Obama ətraflı danışıb. O, qeyd edib ki, Amerika bütün dünyadakı müsəlmanların inkişafında və özfəaliyyətində maraqlıdır.  

Vüqar İsmayılov
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı