Modern.az

Azərbaycan Ordusu daha bir əsgərini itirib

Azərbaycan Ordusu daha bir əsgərini itirib

Aktual

29 İyul 2013, 11:09

Azərbaycan Ordusunun əsgəri özünü güllələyib. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Həmin hərbi hissənin əsgəri, 19 yaşlı Nəcəf Fazil oğlu Əliyev tabeliyindəki avtomat silahdan açılan atəş nəticəsində dünyasını dəyişib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev  faktı təsdiqləyib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, N. Əliyev Gəncənin Kəpəz rayonundan həqiqi hərbi xidmətə çağırılıb. 

 

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...