“Azərbaycan hakimiyyəti belə hesab edir ki, əsas diqqəti ölkənin daxili ictimai-siyasi proseslərinə çevirən ATƏT Azərbaycan üçün bir nömrəli problem Dağlıq Qarabağla bağlı səy göstərmir. Bundan əlavə Azərbaycan tərəfinin daxili işlərinə qarışacaq səviyyədə tövsiyyələr verir”. Bunu
Modern.az-a açıqlamasında politoloq Qabil Hüseynli ATƏT-in Bakı ofisinin statusunun endirilməsi ilə bağlı suala cavab verərkən söyləyib. Politoloqun fikrincə, buna səbəb Azərbaycan hakimiyyətinin ATƏT-in Qarabağ siyasətindən narazı olmasıdır.
“Mənim zənnimcə, ATƏT-lə Azərbaycan arasında gərginlik var. Bu gərginliyin əsas səbəbi Dağlı Qarabağla bağlı ATƏT-in yaratdığı Minsk qrupunun sülh təşəbbüslərinin dalana dirənməsi ilə bağlıdır”.
Qabil Hüseynlinin fikrincə ATƏT də Azərbaycanda seçki ilə bağlı monitorinq keçirməkdə maraqlı deyil. “Bəlkə də həqiqət belə deyil. Hər halda mən belə hesab edirəm ki, ATƏT-in özü də Azərbaycanda keçiriləcək monitorinqləri lüzumsuz hesab etməkdədir. Bunun səbəbini onun özü daha yaxşı bilir. Monitorinqlərdən imtina etməsi göz qabağındadır”.
ATƏT-in Bakı ofisinin statusunun dəyişdiriliməsini qarşıdan gələn seçkilərlə əlaqələndirməyən politoloq amma bunun da öz təsini göstərdiyi qənaətindədir. “Seçkilərin də müəyyən təsiri var. Amma mən daha çox Qarabağ problemi və bu münaqişənin həllində ATƏT-in qeyri-obyektiv, ikili standartlarla yanaşması ilə əlaqələndirməyin daha çox tərəfdarıyam”.
Vüqar İsmayılov