Modern.az

YAP-çı deputat Putinin səfərinə şərh vermədi

YAP-çı deputat Putinin səfərinə şərh vermədi

Aktual

30 İyul 2013, 13:06


“Bu, dövlətlərarası və hökumətlərarası müqavilələrə əsaslanan məsələdir. Fikir mübadiləsi aparılandan sonra məsələyə münasibət bildiriləcək”. Bunu Modern.az-a açıqlamasında YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri zamanı ölkəmizin Avrasiya İttifaqına qoşulacağı ilə bağlı səslənən fikirlərə münasibət bildirərkən deyib. YAP funksioneri bildirib ki, onlara məsələ haqda hələlik heç bir proqram təqdim olunmayıb.

Xatırladaq ki, yaxın zamanlarda Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri gözlənilir. Səfər barədə səslənən bəzi politoloji rəylərdə isə bildirilir ki,  Azərbaycan Rusiyanın himayəsilə yaradılan Avrasiya İttifaqına üzv ola bilər. Qeyd edək ki, Azərbaycan bu təşkilata qoşulmaqdan imtina edib.  

Aqşin Kərimov
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı