Modern.az

“Palmali” şirkətinin rəsmisi: “Kimlərsə Azərbaycan bazarındakı uğurlarımızı qısqanırlar”

“Palmali” şirkətinin rəsmisi: “Kimlərsə Azərbaycan bazarındakı uğurlarımızı qısqanırlar”

Aktual

31 İyul 2013, 10:32


Son günlər “Palmali” şirkətinin Azərbaycandakı investisiyalarının batırılması barədə məlumatlar yayılıb. Modern.az saytı xəbər verir ki, “Palmali” şirkətinin vitse-prezidenti İbrahim Nəbioğlu yayılan məlumatlara aydınlıq gətirib. O, "Publika.az"a bildirib ki, yayılan xəbərlərin heç bir əsası yoxdur, yalan məlumatdır. Bunun tam əksinə şirkət Azərbaycandakı fəaliyyətini genişləndirməyə çalışır.
“Təxminən 4 ay əvvəl Lənkəranda idarəetmədə dəyişiklik həyata keçirdik. Həm mən, həm də Mübariz Mənsimov dəfələrlə bununla bağlı açıqlama vermişik ki, Lənkəranda fəaliyyətimizi genişləndirmək planlarımız var”.

Şirkətin vitse-prezidebti bildirib ki, “Palmali” Azərbaycandakı investisiyalarını genişləndirilməsi ilə əlaqədar olaraq planlar hazırlayır. Onun sözlərinə görə, iş yerlərinin açıldığı bir vaxtda, ixtisarlar etmək, iş yerlərini bağlamaq mümkün deyil.

““Pal” süd fabrikinə Türkiyədən yüksək ixtisaslı mütəxəssislər cəlb etmişik. Həmin mütəxəssislər həm də yerli kadrları yetişdirirlər, odur ki, yayılan digər  məlumatların heç bir əsası yoxdur”.

Bu cür xəbərləri yayanların “Palmali”nin uğurlarını gözü götürməyənlərn olduğunu söyləyən İ.Nəbioğlunun dediyinə görə, bazarda önəmli yer tutduqlarından bəziləri buna qıcıqlanırlar.

“Bu bazarda biz varıq, nəinki çıxmaq, bazarın ən önəmli oyunçularından olmağa çalışırıq. Faiz etibarilə götürsək, bazarda böyük paya sahibik. Yəqin ki, bu da bizim rəqiblərimizi, bizi istəməyənləri qıcıqlandırır. Amma açıq şəkildə bəyan edirik ki, Azərbaycan  bazarındakı payımızı nəinki azaltmaq, əksinə artırmağı düşünürük”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı