Modern.az

YAP-çı deputat Lənkəranda iftar süfrəsi açıb - FOTOLAR

YAP-çı deputat Lənkəranda iftar süfrəsi açıb - FOTOLAR

Aktual

31 İyul 2013, 11:43

Lənkəranda “Palıdlı Sahil” istirahət mərkəzində müqəddəs Ramazan bayramı münasibətilə120 nəfər üçün iftar süfrəsi açılıb. İftar süfrəsi ətrafına toplaşanlar: dindarlar yerlərdəki dini icmaların rəhbərləri, ağsaqqallar milli-mənəvi dəyərlərimizi qoruyan belə tədbirlərin əhəmiyyətindən danışıb, iftar süfrəsini təşkil edənlərə təşəkkürlərini bildiriblər.

Milli Məclisin deputatı Hadi Rəcəbli bu günlərdə şeyx həzrətlərinin açdığı iftar süfrəsində prezident İlham Əliyevin 10 il ardıcıl iştirak etdiyi  tədbirdə dövlət-din  münasibətlərinin  günbəgün güclənməsindən,həyata keçirilmiş mühüm və məqsədyönlü işlərdən danışıb.

H.Rəcəbli daha sonra Lənkəranda  bu  istiqamətdə  aparılan  işlərdən,  İslam  dəyərlərinə  hörmət edən  insanlar  üçün  yaradılan şəraitdən söz açıb.

Lənkəran  Şəhər İcra Hakimiyyəti başçısının  müavini  V.Nəsirli  iftar  süfrəsinə  toplaşanları  qarşıdakı  ramazan  bayramı  münasibətilə  təbrik  edib. Şeyxülislamın cənub bölgəsi üzrə səlahiyyətli  nümayəndəsi  Hacı  Sədi  Axundzadə  qarşıdan  gələn  Ramazan  bayramı münasibəti  ilə iştirakçıları ürəkdən təbrik  edib. Mərasimdə  dini  mövzuda söhbətlər aparılıb, dualar oxunub.

Dini icma numayəndələri, yerlərdəki ağsaqqallar şurasının üzvləri, bələdiyyə sədrləri belə tədbirlərin keçirməsindən məmnun olduqlarını bildiriblər. Sonda  Məhəmməd peyğəmbərin (s.a.s) həyatından bəhs edən  film  numayiş  etdirilib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı