Modern.az

Deputat: “Xarici İşlər Nazirliyi səfiri çağırıb izahat istəməlidir"

Deputat: “Xarici İşlər Nazirliyi səfiri çağırıb izahat istəməlidir"

Aktual

1 Avqust 2013, 18:46


«Azərbaycan Xarici İşlər Nazirliyi Litva səfirini çağıraraq ondan izahat istəməlidir». Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı, Litva-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Fuad Muradov iki Litva diplomatının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı söhbətin interrnetdə yayılmış qalmaqallı telefon yazısını şərh edərkən deyib.

F.Muradovun sözlərinə görə, Azərbaycan-Litva münasibətlərinin yüksək səviyyəsinə uyğun olaraq, bu məsələyə XİN tərəfindən adekvat cavab verməlidir:

“İnternetdə yayılan stenoqramın həqiqi olduğuna inanmaq istəməzdim. Əgər bu iddia edildiyi kimi təxribatdırsa, Litva səfiri Azərbaycanda öz mövqeyini açıq şəkildə ifadə etməlidir. Bu səs yazısında konkret adlar var"-deyə deputat bildirib.

Qeyd edək ki, rəsmi Vilnusun mövqeyinə zidd olaraq həmsöhbətlər danışıq zamanı Azərbaycan-Ermənistan münasibətləri haqqında şəxsi fikirlərini müzakirə edərək ermənipərəst mövqedən çıxış ediblər. Söhbətin XİN-in "Şərq tərəfdaşlığı" üzrə siyasət departamentinin direktor müavini Zenonas Kumetaytis və Litvanın Macarıstandakı diplomatı Renatas Yuşka arasında getdiyi güman edilir. Bu söhbət cari il aprelin 4-də saat 12:50-də baş tutub.

Modern.az 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı