Modern.az

Obamadan Ərdoğana sürpriz zəng

Obamadan Ərdoğana sürpriz zəng

Aktual

8 Avqust 2013, 10:41


Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Barak Obama arasında telefon danışığı olub.

Modern.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, liderlər söhbət zamanı Suriya və Misirdəki son vəziyyəti müzakirə ediblər.

Rəsmilər Suriyada xarici ekstremistlərin fəaliyyətinin təhlükəli olduğunu və ölkədə vahid müxalifəti dəstəkləməyin zəruriliyini diqqətə çatdırıblar.

Misirdəki zorakılıqdan məyus olduqlarını ifadə edən hər iki lider demokratik addım atılması üçün birgə səy göstərməyin vacibliyini bildiriblər.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! Türkiyəyə uçan Rusiya təyyarəsində bomba həyəcan