Modern.az

Hadi Rəcəbli seçicilərinin Ramazan bayramını təbrik edib

Hadi Rəcəbli seçicilərinin Ramazan bayramını təbrik edib

Aktual

8 Avqust 2013, 21:17

Milli Məclisin Sosial Siyasət komitəsinin sədri Hadi Rəcəbli Ramazan bayramı münasibəti ilə seçicilərini təbrik edib. Deputatın qərargahından Modern.az-a verilən məlumata görə, H.Rəcəbli 60-dan çox Lənkəran sakininə iftar süfrələri ücün nəzərdə tutulmuş ərzaq zənbilləri paylayıb.

Seçiciləri qarşısında çıxış edən deputat bildirib ki, bu gün prezident İlham Əliyevin rəhbərliyi altında dövlətimiz sürətlə inkişaf edir, insanların maddi durumu günü-gündən yaxşılaşır, yeni iş yerlərinin acılması, işsizliyin aradan qaldırilması istiqamətində ardıcıl iş aparılır.

Çıxış edənlər prezident İlham Əliyevə ölkədəki əmin amanlığa, insanlar arasında qayğıkeşlik hissinin güni gündən artması ilə əlaqədar aparılan ardıcıl işlərə görə minnətdarlıqlarını bildiriblər. Onlar əvvəlki seçkilərdə oldugu kimi bu dəfəki prezident seçkilərində də İlham Əliyevə səs verəcəklərini bir daha qeyd ediblər.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! Türkiyəyə uçan Rusiya təyyarəsində bomba həyəcan