Modern.az

Azərbaycanda bayram namazı qılındı

Azərbaycanda bayram namazı qılındı

Aktual

9 Avqust 2013, 12:07


Avqustun 9-da səhər saat 9:00-da Bakıdakı Təzəpir məscidində Müqəddəs Ramazan ayının bayram namazı qılınıb. Bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb.

Bildirilib ki, Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının fətvasına uyğun olaraq Azərbaycan səmasında yeni Ayın-Şəvvalın hilalının görünməsi vaxtından asılı olaraq ölkə ərazisində Ramazan bayramı namazının avqustun 8-də və yaxud 9-da qılınacağı bildirilirdi. Avqustun 7-dən 8-nə keçən gecə Azərbaycan ərazisində yeni Ayın hilalı müşahidə edilmədiyindən ölkəmizdə Ramazan ayının bayram namazı avqustun 9-u səhər saat 9:00-a təyin edilmişdi.

Modern.az 

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!