Modern.az

Qarabağdan Anadoluya könül körpüsü

Qarabağdan Anadoluya  könül  körpüsü

Aktual

9 Avqust 2013, 09:08

Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu  və  İğdırda fəaliyyət  göstərən  İğdır Genc  Girişimçiler Kurulunun  təşkilatçılığı ilə Ramazan bayramı münasibəti ilə ötən axşam Türkiyənin İğdır vilayətində möhtəşəm “Azərbaycan-Türkiyə Kültür Gecəsi” keçirilib. Tədbir  Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutunun həyata keçirdiyi  “Qarabağdan Anadoluya  könül  körpüsü”  layihəsi çərçivəsində baş tutub. İğdırlılar tərəfindən böyük maraq və sevgi ilə qarşılalanan və çoxlu sayra insanın iştirak etdiyi gecənin aşılış mərasiminin açılışında İğdır Genc  Girişimçiler Kurulunun başqanı Nizamıddin Taşbağ və millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutunun rəhbəri Qənirə Paşayeva çıxış ediblər. Bütün İğdırlıları, Türkiyə vətəndaşlarını, müsəlman dünyasını müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik edən millət vəkili Qənirə Paşayeva onlara bütün dualarına çatmalarını diləyib. “Mən ilk öncə Azərbaycanlıların, dəyərli qardaş və bacılarınızın salam və təbriklərini sizə çatdırmaq istəyirəm. Bizim hamımızın dualarımızda  ölkələrimiz gözəl Azərbaycan və Türkiyə, onun stabilliyi, daha da inkişafı, millətimizlə bağlı ən gözəl arzular xüsusi yer tutub. Hamımıza bu istiqamətdə dualarımıza çatmağımızı diləyirəm. Bu gün Ramazan bayramını birlik və bərabərlik içində İğdırda qarşılayırıq. Bu Azərbaycan və Türkiyə olaraq bizim qardaşlığımızı, birliyimizi, bərabərliyimizi göstərir.  İnşallah bu birlik və bərabərlik bundan sonra daha da güclənər”.  

 "Azərbaycanın güclənməsi Türkiyənin, Türkiyənin güclənməsi Azərbaycanın güclənməsidir”, - deyən millət vəkili Qənirə Paşayeva hər iki dövlətin liderləri tərəfindən qoyulan irsin məhz bundan ibarət olduğunu bildirib. Torpaqlarımızın 20 faizinin hələ də Ermənistanın işğalı altında olması səbəbindən bayramları tam bayram dadında yaşaya bilmirik deyən millət vəkili, Tədbir  Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutunun rəhbəri Qənirə Paşayeva "İnşallah gələn tədbiri və bayramı birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Qarabağda, Xankəndində, Şuşada, Xocalıda, Laçında və digər o cənnət bölgələrimizdə qeyd edək", - deyib.

 Sonra  alqışlar  altında səhnəyə Azərbaycanın sənət insanları çıxışlar və möhtəşəm konsert proqramı ilə çıxış ediblər. “Azərbaycann-Türkiyə  Kültür  Gecəsində” Azərbaycanın Əməkdar Artisti Aybəniz Haşımova, onun  rəhbərlik  etdiyi  “Bülbüllər” qrupu və gənc ifaçı Aynişan Quliyeva geniş konsert proqramı  ilə iğdırlılar qarşısında saatlarla alqışlar altında çıxış ediblər. Konsert proqramı İğdırlıların istəyi ilə gecənin gec saatlarına qədər davam edib. Bunun  İğdırda bir ilk  olduğunu  deyən  İğdırlıları bu kimi əsil Azərbaycan müsiqisi və mədəniyyətini əks etdirən tədbirlərə böyük ehtiyac olduğunu bildirərək belə proqramların davamlı olmasını arzu etdiklərini bildiriblər. Onlar Ramazan bayramında Azərbaycan tərəfindən belə bir hədiyyə və təbrikə görə öz təşəkkürlərini bildiriblər və Azərbaycanın Əməkdar Artisti Aybəniz Haşımovadan daha bir konsert verəcəyi vədini alıblar.  Məhşur  pianoçu  Natiq  Rzazadənin  rəhbərlik etdiyi musiqiçilər qrupunun ifaları  İğdırlılar tərəfindən böyük alqışlar qazanıb. Qeyd edək ki, İğdır vilayəti  Türkiyədə  Azərbaycan  türklərinin ən sıx yaşadığı bölgədir.

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı