Modern.az

Maştağada Ramazan bayramı - FOTOLAR

Maştağada Ramazan bayramı - FOTOLAR

Aktual

9 Avqust 2013, 18:15

Bu gün Ramazan bayramı münasibətlə Bakının Maştağa qəsəbəsində bayram süfrəsi açılıb.

Təxminən 1000 nəfər kişi və 500-ə yaxın qadın üçün keçirilən bayram tədbiri Sabunçu rayonunun deputatı Eldar Quliyev tərəfindən təşkil olunub.

Tədbirdə Sabunçu rayonun icra başçısı Adil Vəliyev, kəndin axund və mollaları, sakinləri, Bakı Dövlət Universitetinin Fəlsəfə kafedrasının əməkdaşı Rəcəbəli Əliyev və jurnalistləri iştirak ediblər.

Məlumat Eldar Quliyevin ofisindən verilib.

Bayram tədbirində İcra başçısı Adil Vəliyev bildirib ki, bu bayram müsəlman aləminin ən seçilən bayramlarından biridir, bu münasibətlə məclis iştirakçılarını təbrik edib.

Deputat Eldar Quliyev isə bu müqəddəs gün münasibətilə Maştağa, Nardaran, Zabrat və Bilgəh sakinlərini təbrik edib:

“Bu gün əlamətdar gündür. Sizdən xahişim budur ki, seçkilərdə daha aktiv olasınız. Nardaran kəndi, Zabrat qəsəbəsinin də sakinləri seçkilərdə aktiv olsunlar. Allah tutduğunuz orucları və qıldığınız namazları qəbul etsin, arzu və niyyətləriniz həyata keçsin”.

Kəndin Cümə məscidində də qadınlar üçün bayram süfrəsi hazırlanıb. Maştağa sakini Firuzə Quliyeva göstərilən diqqətə görə ölkə başçısına kəns sakinləri adından təşəkkür edib.

“Biz fəxr edirik ki, bizim məhz Eldar müəllim kimi deputatı var”.


 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı