Modern.az

Nazirlik qoruqda narkotik əməliyyatı keçirdi

Nazirlik qoruqda narkotik əməliyyatı keçirdi

Aktual

10 Avqust 2013, 15:07

10 avqust 2013-cü il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən meşələrin qorunub, mühafizə olunmasına nəzarətin gücləndirilməsi məqsədilə Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində növbəti reyd keçirilib. Modern.az xəbər verir ki, keçirilən reyd zamanı qoruğun ərazisindəki baldırğanlıq adlanan sahəni 7 yerində nazirliyin əməkdaşları naməlum şəxslər tərəfindən qanunsuz olaraq 147 çətənə kolunun əkilib, becərilməsi və onlara avrotexniki qulluq göstərilməsi faktını aşkar edib. Həmçinin həmin sahədə 1 ədəd çadır, 1 ədəd qaz balonu , yataq ləvazimatlı və suvarmaq üçün boru taplıb. Faktla bağlı ETSN tərəfindən dərhal Daxili İşlər Nazirliyinin aidiyyatı qurumuna məlumat verilib. Hazırda araşdırma aparılır. ETSN əməkdaşları tərəfindən reydlər davam etdirilir.

Xatırladaq ki, 7 avqust 2013-cü il tarixində də ETSN əməkdaşları tərəfindən keçirilən reyd zamanı Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisindəki Aralıq meşəssinin Sarıkənd sahilində də naməlum çşəxslər tərəfindən qanunsuz olaraq çətənə kolunun əkilib, becərilməsi və onun avrotexniki qulluq göstərilməsi faktı aşkar olunub.

Aytən ƏLİYEVA

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı