İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Letta avqustun 11-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda hörmətli qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
İtaliya Respublikası Nazirlər Şurasının Prezidentini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.
Hava limanının ali qonaqlar üçün salonunda İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Letta və Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov arasında qısa protokol söhbəti olub.
Modern.az