Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2013-cü il avqustun 25-də 2013/2014-cü tədris ili üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçirib.
Komissiyanın mətbuat xidmətindən Modern.az-a bildirilib ki, imtahan Bakı, Naxçıvan, Gəncə, Tovuz, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Salyan, Lənkəran, Masallı və Xaçmaz şəhərlərində ümumilikdə 71 binada təşkil olunmuş və bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanınb.
İmtahan prosesinin idarə olunması üçün Komissiyada operativ qərargah fəaliyyət göstərib, imtahanın keçirildiyi bütün binalarla müntəzəm olaraq əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə saxlanıb.
Hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emal prosesi aparılır. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.
Modern.az