Modern.az

Azərbaycanda dörd ayın əsgəri faciəli şəkildə ölüb

Azərbaycanda dörd ayın əsgəri faciəli şəkildə ölüb

Aktual

26 Avqust 2013, 12:00

Azərbaycan Ordusu daha bir əsgərini itirib. APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.

Hərbi hissənin əsgəri, 1993-cü il təvəllüdlü Tural Qazıyev təsərrüfat işləri ilə məşğul olarkən onu elektrik cərəyanı vurub. Nəticədə o aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Məlumata görə, hadisə ehtiyatsızlıq nəticəsində baş verib. 

 

Qeydə edək ki, T. Qazıyev 2013-cü ilin aprelində Bakının Xətai rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı