Özbəkistanın Səmərqənd şəhərində Şərq Təranələri Beynəlxalq Musiqi Festivalı keçirilir. Modern.az xəbər verir ki, Şərqin incisi Səmərqənd şəhərində baş tutan 9-cu Beynəlxalq “Şərq təranələri” musiqi festivalıının ilk günündə iştirakçı 54 ölkədən - Ukraina, Belorus, Burkina-Faso, Malaziya, İndoneziya, Sinqapur, Fransa, İspaniya, Banqladeş və Azərbaycandan olan musiqi qrupları öz məharətlərini göstəriblər. Əmir Teymurdan nişanə qalan Reqistan meydanında musiqiçilər öz milli koloritləri və mədəniyyətlərinin ən gözəl nümunələrini nümayiş etdirirdilər.
Maraqlı ifaları ilə festivala gələn qonaqların diqqətini cəlb edə bilən ifaçılardan biri də Azərbaycan təmsilçisi Elnarə Abdullayeva və “Şirvan” qrupu (Ələsgər Məmmədov- tar, Xəyyam Məmmədov-kamança, Adil Müslüm – balaban və Ramin Abdullayev zərb) olub. Elnarə Abdullayeva qrupun ifası ilə “Çahargah” dəsgahı oxuyub. 15-16 dəqiqəlik çıxışı ilə o, hər kəsi mat qoya bilib. Amerikanın tanınmış musiqiçisi Todd Tonqdi Bakı Musiqi Akademiyasının professoru, əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadəyə yaxınlaşaraq, heyranlığını bildirib. Deyib ki, bundan da yaxşı oxu tərzi göstərsə idi, təhlükə baş verə bilərdi. Todd Tonqdi deyib ki, Elnarə Abdullayeva ifa edəndə, o özü də Tanrısına qovuşubmuş.
Festivaldan sonra isə CEM SEYŞN deyilən qrup ifalarında (bədhadətən oxunan mahnılar, qrup halında, qeyri-formal şəkildə edilən ifalar) Elnarə Abdullayeva Burkino Faso, Misir, Amerika musiqiçiləri ilə duetlərdı çıxış edib.
Festivalda Azərbaycanı təmsil edən nümayəndə heyətinin tərkibində millət vəkili, Azərbaycan-Özbəkistan Dostluq qrupunun üzvü Etibar Hüseynov, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət siyasəti şöbəsinin aparıcı məsləhətçisi Rəşad Əliyev, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Lalə Hüseynova, Bakı Musiqi Akademiyasının professoru, əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadə də daxildir.






