Modern.az

İlqar Məmmədov MSK-nı məhkəməyə verdi

İlqar Məmmədov MSK-nı məhkəməyə verdi

Aktual

26 Avqust 2013, 15:40


REAL Hərəkatının sədri, prezidentliyə namizəd İlqar Məmmədovun vəkili və səlahiyyətli nümayəndəsi Xalid Bağırov Mərkəzi Seçki Komissiyasını məhkəməyə verib.

Modern.az-ın verdiyi xəbərə görə, vəkil Xalid Bağırov MSK-nın İlqar Məmmədovla bağlı ötən həftə verdiyi qərarı əsassız hesab edərək məhkəməyə müraciət edib.

Qeyd edək ki, MSK-ın ötən həftə baş tutan iclasında İlqar Məmmədovun namizədlik məsələsi müzakirə edilib. Müzakirələr zamanı sənədlər bəzi çatışmamazlıqlar olduğu bildirilərək İlqar Məmmədova vaxt verilib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranla Rusiya bombalanır - Ard-arda şok partlayışlar