“Rusiyanın bölgədəki maraqları dəyişməyib və Qarabağla bağlı sərt mövqeyi var”. Modern.az-ın məlumatına görə bunu Ermənistanın hakim Respublika partiyasının parlamentdə təmsil olunan üzvü Mkrtıç Minasyan deyib. O, Rusiya prezidenti Vladimir Putinin Azərbaycan səfəri və onun Qarabağla bağlı qərəzli fikirlərini də qısa şərh edib. O jurnalistlərə açıqlamasında bildirib ki, Putinin Qarabağ probleminin siyasi müstəvidə həll olunmasını deməsi məqsədəuyğundur.
M. Minasyan Ermənistan ordusunun əsgəri H. Ciqulyanın Azərbaycan tərəfinə keçməsinə də toxunub. Ənənəvi erməni xislətinə sadiq qalaraq məsələnin ölkəmiz tərəfindən şişirdildiyini vurğulayıb. “Bu cür hadisələri şişirtmək lazım deyil. Azərbaycan isə təxribata əl atır”-erməni deputat söyləyib.
Aqşin Kərimov