Modern.az

Azərbaycan əsgərinin asılmış meyiti tapıldı

Azərbaycan əsgərinin asılmış meyiti tapıldı

Aktual

29 Avqust 2013, 13:02

Cəlilabad rayonunda yerləşən hərbi hissədə əsgər ölümü olub. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Dövlət Sərhəd Xidmətinin Göytəpə Sərhəd qoşunlarının yerləşdiyi hərbi hissədə qeydə alınıb.

Göranboy rayonu Qızılhacılı kəndindən hərbi xidmətə çağırılmış Məmmədov Nofəl Nofər oğlu bu gün axşam saatlarında xidmət etdiyi hərbi hissədə asılı vəziyyətdə tapılıb.

Əsgərin yaxınlarının dediklərinə görə, o bir müddət əvvəl hərbi hissədə daha çox xidmət etmiş əsgələrlə dəfələrlə mübahisələri olub.

Qeyd edək ki, Nofəl Məmmədovun hərbi xidməti başa vurmağına 1 ay qalıbmış. Məsələ ilə bağlı hərbi hissədən heç bir açıqlama verilməyib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı